VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar işıqforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır".

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə işıqforların fəaliyyəti bərpa edilib.

"Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün işıqforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür", - deyə m.Ağayev əlavə edib.

BAKU.WS