SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq Bakı Nəqliyyat Agentliyinin bununla bağlı hazırladığı layihənin icrasına başlanılıb.

“Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq”, - deyə Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər: “Bu səbəbdən, onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur”.

BAKU.WS