SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 4-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır.

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" ASC-dən məlumat verilib.

Sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17:00 və 21:40-da, Sumqayıtdan isə saat 17:50-də və 20:30-da yola düşən elektrik qatarları təyin edilir.

BAKU.WS