SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.

BAKU.WS
xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

O, Trend-ə açıqlamasında bildirib ki, ölkədə elektrik enerjisi təminatı daxili istehsal hesabına artıq gecə saat 03:30-da tam təmin olunub.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib: "Hazırda ölkədə elektrik enerjisi təminatı stabildir. Son hadisə göstərdi ki, “Azərenerji”nin oxşar problemləri operativ şəkildə aradan qaldırmaq üçün texniki imkanları və peşəkar kadrları var".

BAKU.WS