SİZİN REKLAM BURADA!
055 213 76 73



Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır.

BAKU.WS islam.az-a istinadən bildirir ki, ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə, bütün bunlar kişinin puldan götürməyə razı olmadığı hala aiddir. Əgər qadın bilsə ki, onun puldan götürməsinə kişi etiraz etmir, kişi bunu hər hansı vasitə ilə qadına bildirmişsə, o halda bu addım icazəli sayılır; amma bu zaman da qadın xəbərdarlıq edilməli və pulu götürdüyü barədə kişiyə məlumat verməlidir.

Hər şeydən əvvəl, bu, ailənin xeyrinə olan bir məsələdir. Çünki əksər ailələrdə pulu xərcləyən, alış-verən edən kişidir və o, öz cibindəki pulun miqdarını bilməlidir ki, lazım olan vaxt həmin məbləği xərcləmək istəyərkən pis duruma düşməsin. Əlbəttə, kişi də öz üstünlüyündən sui-istifadə etməməli, qadının bütün zəruri xərclərini qarşılamalıdır. Bu işlər səmimiyyət və qarşılıqlı anlaşma, ədalət müstəvisində tənzimlənməlidir.

BAKU.WS