Son günlər oxucular tərəfində buraxılış imtahanından bir və ya bir neçə fəndən "2" alan şagirdlərin qəbul imtahanlarına buraxılıb-buraxılmayacağı ilə bağlı suallar daxil olur.

BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Lent.az-ın sorğusuna cavabında qeyd edib ki, qaydaya əsasən, tam orta təhsil səviyyəsində təhsil sənədinə (attestat) buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası yazılır.

Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.

Tutaq ki, buraxılış imtahanından "2" alıb, 10 və 11-ci siniflərdə yekun qiyməti "3" olan uşaq nəticədə 3 alır (8:3=2.6=3). 3 aldığı üçün həmin şagird qəbul imtahanında iştirak edə bilər.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ