SİZİN REKLAM BURADA!
055 213 76 73



“Dərs Evi” tədris mərkəzi 24 iyun tarixində “Holiday Inn Baku” otelində abituriyentlər üçün seminar təşkil edib: “Doğru peşə seçimi etmək vaxtıdır”.

“Dərs Evi” ölkədə imtahanqabağı peşə seçimilə bağlı abituriyentlərə “test” təklif edən ilk təhsil müəssisəsi olub.

Bu test Moskva Dövlət Universitetinin test və inkişaf mərkəzi tərəfindən hazırlanıb. Bu test 207 sualdan ibarətdir. Cavabların nəticələrinə görə proqram abituriyentə ən çox uyğun gələn ixtisası müəyyən edir.

ABŞ-a və İsraildə keçirilmiş tədqiqatlar göstərdi ki, tələbələr təhsil seçimində uğurlu nəticələr əldə etdilər. Bu tələbələr daha yaxşı oxuyur (yəni, onların orta balı peşəsini intiutiv şəkildə seçən tələbələrin orta balından 18-34 faiz daha yüksəkdir).

Demək olar ki, bütün tələbələr təhsilini seçdiyi ixtisas üzrə başa vurur. (92 % 71-72 faizə qarşı)

Onların iş yerində rahatlığı daha çoxdur.

Onların karyerası daha stabil olur.

Seminarda 100-ə yaxın abituriyent və onların valideynləri iştirak edib. Həmçinin Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbəri Anar Məmmədov və “Gilan Holding”in direktoru Allahverdi Bağırov onlarla öz təcrübəsini bölüşür.

Seminar iştirakçılarından bəziləri pulsuz yoxlamaya və konsultasiyaya kuponları qazanırlar. Məktəbli qızlardan biri testi keçə bilib. Testin nəticələrinə görə, Tamilla qabiliyyətinə və bacarığına görə mühəndislik, genetika və biokimya sahəsində yaxşı mütəxəssis ola bilərdi.

Məktəbli və abituriyentlər üçün düzgün ixtisas seçimi – uğura nail olmağın birinci addımıdır.

Əgər ixtisas seçimi üzrə test abituriyentin düzgün seçimini təsdiq edəcəksə, bu onun üçün uğur qazanmağa əlavə stimul olacaq. Əks halda abituriyent vaxtında öz seçimini dəyişə biləcək.

Əgər övladınızın peşə seçimi üzrə Testi keçməsini istəyirsinizsə, “Dərs Evi” müəsisəsinin *3377 nömrəli telefonuna zəng vurun.

Həmçinin məktəbli və abituriyentlər üçün yay mövsümündə sərfəli təkliflər var: 8-10-cu sinif şagirdləri üçün ixtisas seçimi üzrə yay məktəbi və IELTS kurslarına hazırlıq.