SİZİN REKLAM BURADA!
055 213 76 73



BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə transformasiya və müasirləşdirilmə proqramının rəhbəri Nərminə Nəbiyeva şirkətin vitse-prezidenti təyin edilib.

BAKU.WS-in məlumatına görə, bu barədə BP-dən məlumat yayılıb. Məlumata əsasən, bu vəzifədə N. Nəbiyeva BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.

Peşəkar karyerası zamanı N.Nəbiyeva Hindistanda BP-nin “Reliance” şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda çalışıb.

N.Nəbiyevanın Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalavr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə diplomu var. O, İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun üzvüdür.

BAKU.WS