SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanla Gürcüstan arasında Sadıxlı kəndi yaxınlığında yeni gömrük-sərhəd keçid məntəqəsisinin inşası planlaşdırılır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətl­əndirilməsi və İnkiş­af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs­inin rəisi Azər Abas­ov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi məntəqənin tikintisi ilə bağlı danışıqlar artıq yekunlaşıb, nəticələr əldə olunub və yaxn zamanlarda tikintiyə başlanıla bilər.

A.Abasov qeyd edib ki, yeni məntəqədə yük və nəqliyyat vasitəsi bir ölkə tərəfindən yoxlanılarsa, digər tərəf artıq yoxlama aparmayacaq. Bu da gömrük-sərhəs keçid məntələqəsində yüklərin sürətli daşınmasına, eyni zamanda ticarətin asanlaşmasına xidmət edəcək.

BAKU.WS