SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı suları bu Su Anbarına axıdılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Ceyranbatan Su Anbarını qidalandırmayan kanalın sanitar-mühafizə zonasında yerləşən heyvandarlıq təsərrüfatlarında və “Ceyranbatan Dəmir-Beton” ASC-də formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.

Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və aidiyyəti orqanlara məktublar göndərilib.

BAKU.WS