SİZİN REKLAM BURADA!
055 213 76 73



Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində heç bir ümumi təhsil müəssisəsinə ziyan dəyməyib.

Bu barədə Təhsil Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərin divarlarında xırda çatlar yaranıb.

Qeyd olunub ki, baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar.

BAKU.WS