VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Afət Rahilqızı ilə çıxış yolu" verilişi yalanla üzləşib.

Afət Rahilqızı BAKU.WS
-ə açıqlamasında Quba rayonunda yaşayan ailə tərəfindən aldadıldığını bildirdi:

"Gənc qadının atası mənə müraciət edərək, iki uşaq anası olan qızının yataq xəstəsi olduğunu, üstəlik də həyat yoldaşı və qayınanasından şiddət gördüyünü söylədi. Çəkiliş qrupumu götürüb Qubaya getdik. Bizi problemi olan gənc qadının valideynləri qarşıladı. Özü yataqda uzanmışdı. Mənə qayınanasından şikayət etdi. Dedim ki, qayınananın nömrəsini ver, özü ilə danışım. Bizdən kameranı söndürməmizi istədi. Operatora "söndür" dedim, amma söndürməyibmiş. Qadın çox rahat şəkildə yataqdan qalxdı və yeridi. Şoka düşdüm. Soruşdum ki, bəs yataq xəstəsi idin? Bizi niyə çağırmısan"?

Ani olaraq özünü itirib yataqdan qalxan qadın, yalanının üzə çıxdığını görüb, daha heç bir kömək istəmədiyini deyib. 

Zülfiyyə Qurbanova
BAKU.WS