SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Heydər Əliyev prospektində (Mərdəkan körpüsünədək) bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkət sürətinin həddi 20 km/saata endirilib.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Mais Ağayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, atılan addım mövcud hava şəraitində nəqliyyat hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədiylə həyata keçirilib.

BAKU.WS