SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.

Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:
Ekonom-siniftarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;
Biznes siniftarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
Comfort Clubtarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
VIP Clubtarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

“Büdcə” tarifi - 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;
“Standart”tarifi tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus
“Super”tarifi - tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.

“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.
Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZAL https://www.azal.az/az/information/baggage  və “Buta Airways” aviaşirkətlərinin https://www.butaairways.az/az/information/baggage  saytlarında əldə etmək olar.