Təhsil Nazirliyində yeni təyinat olub.

BAKU.WS
"axar.az" saytına istinadən xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub.

F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub.

O, üç fənn proqramının, beş orta məktəb dərsliyinin, bir metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, "Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edib.

F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllimidir.

BAKU.WS