SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilən seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərinin tətbiqi daha da aktuallaşıb. Aydındır ki, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil.

BAKU.WS
xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir.

"Halbuki, bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlər ilə bağlıdır və güzəştli mənzil seçimində social mexanizimlərinin tətbiqinə ehtiyac var", - deyə ekspert deyib.

V.Bayramov deyir ki, həyat yoldaşını itirmiş və himayəsində uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial evə sahib olmaqdan mərhum olur:

"Bu təbii ki, sosial ədalət prinsipinə uyğun deyil. Nəyi təklif edirik? Güzəştli kateqoriya prinisipi saxlanılmaqla “çevik seçim” mexanizmdən sosial meyarlara keçid həyata keçirilməlidir. Təxminən 8 minə yaxın vətəndaşımız sosial mənzilə sahib olmaq istəyir. Daha məqsədə uyğun olardı ki, Mənzil İnşaatı Dövlət Agentliyi müraciətlərinin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar evlə təmin edilməlidir".

V.Bayramov vurğulayıb ki, birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər: "Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir. Çox uşaqlı evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bütövlükdə, mənzil bölgüsündə ardıcıllığın texniki deyil, sosial meyarlar üzrə müəyyənləşdirilməsinə ehtiyac var".

BAKU.WS