SİZİN REKLAM BURADA!
055 213 76 73



Millət vəkili Aydın Mirzəzadə 700 bal toplayan abituriyentlə maraqlı bir məlumat paylaşıb. 

BAKU.WS-in məlumatına görə, deputat ötən gün “Bulvar hotel”də respublika fənn oimpiadaları qaliblərinin mükafatlandırma tədbiri kecirildiyini qeyd edib. Millət vəkili həmin tədbirdə rastlaşdığı bir vəziyyəti Facebook-da izləyiciləri ilə bölüşüb:

"Tədbirin sonunda səhnəyə bir məktəbli qızı dəvət etdilər. O həm fənn olimpiafanın qızıl medalını almışdı, həm də bir neçə gün əvvəl kecirilən ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamışdı. Zal alqışlardan dağılırdı.

Birdən qulağım ağlamaq səsi eşitdi. Yanımda ayaq üstə duran bir qadın əlləri ilə ağzını tutaraq hıçqırtı ilə ağlayırdı.

O səhnədəki qızın anası idi".

Qeyd edək ki, sözügedən abituriyent Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadədir. O, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısıdır. 

Abbas
BAKU.WS