SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyadan bildirilib ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq. Məlumata görə, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Əlavə edilib ki, Komissiyanın bugünkü iclasında həmçinin əcnəbilərin müraciətlərinə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.

Virtualaz.org-un məlumatına görə, Komissiyanın iclaslarının bu həftə yekunlaşacağı gözlənilir. Sonda müsbət rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq.

BAKU.WS