VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qüds Fələstinin paytaxtıdır və ora hər hansı dövlətin müdaxiləsi böyük qarşıdurma yarada bilər.

BAKU.WS
xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır. Bildiyim qədər orada 59 nəfər həlak olub, 2 minə yaxın yaralı var. Bu, böyük bir faciədir. Biz bu hadisələri görmüşük. 20 Yanvar faciəsi, Xocalı faciəsi, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi digər faciələri görmüşük. Vaxtnda beynəlxalq ictimaiyyət bu məsələlərə biganə qalmasaydı, bu gün bu təcavüz baş verməzdi və bizim torpaqlarımız zəbt olunmazdı”, - deyə Allahşükür Paşazadə bildirib.

Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər bu birliyin olmamasından məharətlə istifadə edir”.

BAKU.WS