VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) ekspertizasını həyata keçirir.

BAKU.WS
-in verdiyi xəbərə görə, bu il martın 1-dən Mərkəzə ekspertiza üçün 334 müraciət daxil olub, onlardan 61-i mənfi rəy alıb. Nazirlik vətəndaşları diqqətli olmağa çağırır.

Vətəndaşlara edilən xəbərdarlığa baxmayaraq, insan orqanizminə zərərli olan qida əlavələri ölkə kanallarında reklam olunur. Onlardan biri də "VERAZOL"dur. Bu tipli məhsulların reklam olunması isə qadağandır. Lakin bu məsələyə nəzarət edən qurum yoxdur.

Ekspertlərin fikrincə, qida əlavələrinin və dərman preparatlarının reklam olunması razılaşdırılmalıdır. Professor Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirib ki, heç bir dərman maddələri reklam oluna bilməz. Onun sözlərinə görə, bütün dünyada dərman preparatlarının reklamı qadağan edilib.

"Müxtəlif işbazlar isə öz mövqe və imkanlarından sui-istifadə edərək dərmanları telekanallarda reklam etdirirlər. Bu səbəbdən də, dərman reklamı birmənalı olaraq qadağan edilməlidir", - deyə professor bildirib.

Qida əlavələri məsələsinə gəlincə, A.Qeybulla deyir ki, onların bir qismi Ümumdünya Səhiyyə Təşkilatının siyahısına düşməyiblər: "Bu sahədə pramida biznesi qurulub. Əslində isə Səhiyyə Nazirliyinin qeydiyyatına düşməyən bu tipli qida məhsullarının ölkəyə daxil edilməsi qadağan edilməlidir. Bir sual meydana çıxır ki, bu qida əlavələri ölkəyə necə daxil olur. Bu araşdırılmalıdır. Azərbaycanda dərman təhlükəsizliyi tam təmin edilməlidir".

A.Qeybulla deyir ki, Səhiyyə Nazirliyi dərman məhsullarının və qida əlavələrinin telekanallarda reklamına dair müdaxilələr edə bilmir.

"Nazirliyə bu sahədə səlahiyyətlər verilməlidir. Yaxud hansısa səlahiyyətli qurumlar olmalıdır ki, bu məsələyə ciddi şəkildə müdaxilə etsin vəneqativ hadisələrin qarşısını alsınlar. Hətta ölkədə sertifikat almayan, yaxud sertifikatı alınmış dərman və qida əlavələri satılır. Əgər həmin məhsullar qeydiyyatdan keçməyibsə, demək onların keyfiyyətində problemlərin olması mümkündür. Bu dərman nümunələri mütəmadi olaraq yoxlanmalıdır".

Ziya SƏCCAD
BAKU.WS