VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mingəçevirdə balıqları kütləvi şəkildə qırılması ilə bağlı yayılan məlumat barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində araşdırmalara başlanılıb.

Bu barədə nazirliyin mətbuat katibi İradə İbrahimova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, məsələ barədə qurumun əməkdaşları xəbərdardır.

"Sosial şəbəkələrdə yayılan bu video ilə bağlı artıq araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri barədə məlumat veriləcək", - deyə İradə İbrahimova bildirib.

Qeyd edək ki, Mingəçevirdə balıqları kütləvi şəkildə qırırması barədə sosial şəbəkələrdə video görüntü yayılıb. Videodan göründüyü kimi Mingəçevir su anbarında balıqların kütləvi tələfatı qeydə alınıb.

Videodan görünür ki, balıq ovçuları tor qurublar. Kürüləmək üçün bu əraziyə gələn balıqlar isə tora düşərək kütləvi şəkildə ölürlər. Ölən balıqların sayı o qədər çoxdur ki, ləpə onları vuraraq sahilə çıxarır.

Ziya SƏCCAD
BAKU.WS