SİZİN REKLAM BURADA!
055 213 76 73



Keçən həftə Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə 1-ci sinif şagirdini döyən sinif rəhbəri işdən çıxarılıb.

Valideyn Xanım Əliyeva BAKU.WS -ə açıqlamasında, Azərbaycan Təhsil Nazirliyinin əməkdaşlarının onun şikayətini ciddi araşdırdığını və günahkar sinif rəhbərinin işdən azad edildiyini bildirdi.


Müəllimənin işdən azad olunması ilə bağlı Bakı şəhəri Təhsil İdarəsinin açıqlaması yoxdur. 

Xatırladaq ki, uşağı döyülən X.Əliyeva qızının qələminin pastasını partanın üzərinə tökdüyü üçün müəllim tərəfindən döyüldüyünü sosial şəbəkədə yaymışdı. 

Mətbuatın valideynın bu paylaşımına biganə qalmaması məsələnin böyüməsinə səbəb oldu. 



Zülfiyyə Qurbanova
BAKU.WS