SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda məşhur restoranlardan birində xoşagəlməz vəziyyət baş verib. 

BAKU.WS-ə müraciət edən Anar adlı şəxs istirahət günündə "Riviera" mehmanxanasının restoranında olub. Ailəsi ilə xoş gün keçirmək üçün restorana yollanan Anar çay sifariş verib.

Menyudan seçim etmək istəyəndə isə ona çay dəstgahı seçməli olduğunu bildiriblər. Yalnız bundan sonra başqa seçim edə biləcəyi bildirlib. Narazı müştəri çarəsiz deyilən çay dəstgahını sifariş verməli olub. Daha sonra Anara menyudakı digər çeşidlərdən seçimə imkan yaradılıb.

BAKU.WS məsələ ilə bağlı "Riviera" mehmanxanasının restoranı ilə əlaqə saxlayıb. Restoranın administratoru Əli Əliyev isə bildirilib ki, restoranda daxili qaydalar var və ona görə müştəriyə sadə çay verilmir:

"Bəzən müştəri gəlir sadə çay istəyir. Biz onlara belə xidmət göstərə bilmərik. Bura çayxana deyil. Həmin müştərilərə də ona görə irad tutulub. Həmin müştərilər banket zalında əyləşmişdi. Əslində biz ora uşaqlarla gələn qonaqları qəbul etmirik. Ailəvi gələnlər üçün siqaret çəkilməyən məkanlar təklif olunur. Çünki uşaqlar bəzən digər qonaqların istirahətinə mane olur. Bununla yanaşı, müştəri 1-2 desert sifariş verib saatlarla yeri məşğul edir. Bu isə bizim maddi maraqlarımıza uyğun deyil. Məhz bunun üçün restoranda daxili qaydalar tətbiq edilir".  

Qeyd edək ki, "Riviera" Mehmanxanası Bakının mərkəzində, Xəzər dəniz limanının yaxınlığında yerləşir.

Abbas
BAKU.WS