VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


36 yaşlı Rafael İbrahimov Saatlı rayonunda qeydiyyatdadır. O, minlərlə regionlarda qeydiyyatda olub lakin Bakıda yaşayaraq işləyən vətəndaşlardan biridir. O, deyir bəzən “qeydiyyat məsələsi” ona narahatlıq yaradır.

“Şəxsiyyət vəsiqəsinin vaxtı bitmək üzrədir. Gərək mütləq Səbirabada gedim, ordakı ASAN xidmətinə. Bütün günü işlədiyim üçün ora getmətə heş vaxt tapa bilmirəm. Amma şəxsiyyət vəsiqəsi hər zaman lazım olur axı.”

ASAN xidmətdən BAKU.WS-ə bildirirlər ki, hazırda qeydiyyat məhdudiyyəti ancaq şəxsiyyət vəsiqələri ilə bağlıdır lakin hazırda bununla bağlı işlər aparılır.
Xidmətin mətbuat katibi Anar Həsənov deyir, əgər şəxs rayondakı qeydiyyatdan çıxmaq istəmirsə o zaman yeni şəxsiyyət vəsiqəsini almaq üçün müvafiq rayonun “pasport stolu” və ya ASAN regional mərkəzinə müraciət etməlidir. Amma alternativ çıxış yolları da var.

“Rayonda qeydiyyatda olan şəxs paytaxtda əmlaka sahibdirsə və o əmlakın çıxarışı varsa, həmin sənəd və hərbi bilet ilə Bakıdakı istənilən ASAN mərkəzinə müraciət edə bilər. Və yaxud onun hər hansı bir qohumu razılıq ərizəsi yazmaq ilə onu qediyyata götürə bilər və şəxs özünün yeni şəxsiyyət vəsiqəsini ala bilər.” 

Deməli, seçim sadədir. Yeni "şəxsiyyət" arzusunda olanlar ya yola çıxmalıdırlar, ya da Bakıda öz əmlakı olmadığı halda qohumlarına "əziyyət" verməlidirlər.

İsmayıl Fətəliyev
BAKU.WS