SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Bilgəh-Mərdəkan yolunda sürət həddi azaldılıb.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Məlumatda bildirilir ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektinin bəzi hissəsində (Sabunçu körpüsündən Əmircan qəsəbəsinə və Bilhəhdən Mərdəkan qəsəbəsinədək) sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

Məlumat üçün qeyd edək ki, hazırda paytaxtın Heydər Əliyev prospekti ("Koroğlu" metrostansiyasından hava limanı istiqamətində), Ziya Bünyadov prospekti ("Koroğlu" metrostansiyası istiqamətində) Sabunçu-Zabrat yolunda, Bakıxanov, Qaraçuxur qəsəbələrində, Nizami rayonun müəyyən hissəsində duman müşahidə edilir. Sürücülərə diqqətli olmalarını tövsiyə edirik.

BAKU.WS