SİZİN REKLAM BURADA!
055 213 76 73




"Ölkədə boşanma hallarının hər il artması bu istiqamətdə ya tədbir görülməməsi və ya tədbirlər üçün doğru istiqamət seçilməməsindən xəbər verir". Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda 14 min 514 boşanma halı baş verib. Bəs bu boşanma hallarının artmasına səbəb olan amillər nələrdir? Bu amillərə aydınlıq gətirmək üçün Sosio-psixoloq, ailə müşaviri Zaur Tahirsoyun fikirlərini öyrəndik.

“Ailələrin boşanmasında erkən nikah əsas amil deyil. Doğrudur, ailənin qurulması üçün tərəflər fizioloji olaraq yetkin olmalıdırlar. Lakin əsas amil psixoloji hazırlıqdır. Psixoloji hazırlıq olmadan qurulan hər bir ailə erkən nikah sayılır.”- bu sözləri BAKU.WS açıqlaması zamanı Zaur Tahirsoy  bildirib.

Açıqlaması zamanı ailə müşaviri deyib ki, daha sonra "klassik ailə başçısı modeli" trafaretini gənclərin beynindən silmək lazımdır ki, onlar öz həyat yoldaşlarıyla, atasından anasına qarşı gördüyü rəftarı etməsin. Çünki müasir qadının tələbləri və istəkləri tamam fərqlidir. Cütlüyün zamana uyğunlaşmaması da ciddi ailə problemləri yaradır.

Zaur Tahirsoy boşanmaların əsas səbəbləri haqqında fikirlərini belə ifadə edib: “Ailələrin boşanmasında əsas pay sahibi valideynlərin öhdəsinə düşür. Bir növ gənc ailələr quda müharibəsinin qurbanı olurlar. Boşanmaların artımında kişinin xanımına qarşı diqqətsizliyi də önəmli faizi əhatə edir. Ən yayqın və təhlükəli olanı isə "Virtual xəyanət" halıdır. Xüsusilə də, qadının ərinə qarşı.”

Boşanmalara səbəblərdən biri kimi qohum evliliklərini əsas amillərdən biri kimi götürən Sosio-psixoloq bildirib ki, ən çox qohumlar arası müşahidə edilən "icbari evliliklərdə" virtual xəyanət faktoru olduqca yayqındır. Təbii əgər bir probem varsa bu problemdə iştirak edən hər bir fərdin özünə məxsus payı var.

Daha sonra o qeyd edib ki: “Qadınların virtual xəyanətinə kişinin, sevgililik vaxtı göstərdiyi diqqəti ailə qurulduqdan sonra göstərməməsidir. Maraqlısı budur ki, virtual xəyanət edən qadın əxlaqsız deyil. Sadəcə "Fokus" sindromuna (diqqət çatışmazlığı) yaxalanan qadının bütün ülvi hissləri iflic olur. Və adekvat düşüncədən uzaq düşərək içindəki boşluğu bucur konpensasiya etməyə çalışır.”

Belə mövzularda çox nüansa toxunmaq olar. Həmin mövzulardan biri olan maariflənmə mövzusunda xüsusilə yeniyetmələr hədəf seçilməlidir. Əlbəttə ki bu halları qısa müddətdə həll etmək olmaz. Amma statistikanın ən azı sabit qalması başlanğıc hesab edilə bilər.

Nihat HÜSEYNZADƏ
BAKU.WS