SİZİN REKLAM BURADA!
055 213 76 73



Millət vəkili Qənirə Paşayeva aşıq Zülfiyyə ilə bağlı fakt açıqlayıb.

BAKU.WS-in məlumatına görə, deputat bu barədə sosial şəbəkədə yazıb.

O, aşıq Zülfiyyə ilə eyni musiqi məktəbində oxuduğunu etiraf edib:

“Əziz bacımız Aşıq Zülfiyyə ilə Tovuzda eyni musiqi məktəbində oxumuşuq. O, saz, mən isə fortepiano sinfində. Aşıq Zülfiyyənın elə o zamandan çox istedadlı və dəyərli bir sənətkar olacağı müəllimlər tərəfindən deyilirdi. Çox şadam ki, bu gün Aşıq Zülfiyyə aşıq sənətində xüsusi yeri olan sənətkarlardan biridir və aşıq sənətinin təbliğində gözəl işlər görür. Əziz bacımıza hər zaman daha da böyük uğurlar diləyirik. Tovuzda görüşüb söhbətləşmək çox gözəl oldu”.

Zülfiyyə Qurbanova
BAKU.WS