VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Bakı və bu gün ona gözəllik gətirən, şəhərin müxtəlif yerlərində ucalan göydələnlərdir. Artıq, paytaxtımız yeni tikililəri ilə dünya ölkələrindən  müqayisə olunmayacaq qədər seçilir. Şəhərin memarlıq üslubuna yeni rəng qatan bu binaların inşa olunması bu gün insanları rahat, təhlükəsiz və inamlı yaşamağa sövq edir.

BAKU.WS-in məlumatına görə, bu binaların tikintisində böyük rol oynayan şirkətlərdən biri də “İNTEKS MMC”dir. Bu şirkət Azərbaycan tikinti bazarında 2002-cı ildən fəaliyyət göstərir. Yalnız Bakıda deyil, ölkənin digər bölgələrində də yaşayış kompleksləri inşa edən şirkət hazırda paytaxtda mərkəzində, Nərimanov rayonu ərazisində yeni bir layihə həyata keçirir.

Yeni “Tabriz Palace” yaşayış kompleksi şəhərimizin görünüşünü bəzəyən XVIII əsr klassisizm memarlıq elementlərindən ilhamlanan memarlarımız tarixi ənənələri davam etdirməklə, fasadın klassik monumentallıgını, böyük güvənli formalarını, dəbdəbəli giriş qapılarını qoruyub saxlayıb.

Mənzillərdə daşıyıcı olmayan konstruksiyalardan layihə hazırlayıb, fransız eyvanları ilə uyğunlaşan panoramlı şüşələrdən istifadə edilib.

8 binadan ibarət -“Tabriz-Palace” yaşayış kompleksi 3,8 hektar ərazini əhatə etməklə Nərimanov rayonu Təbriz küçəsi, 28 may metro stansiyasından 550 metr məsafədə yerləşəcək. 5 dəqiqəyə şəhərin mərkəzinə, 15-20 dəqiqəyə isə H. Əliyev adına beynəlxalq hava limanına çatmaq mümkün olacaq. Kompleksin ərazisinin qarşısında hündür binalar olmadığından 4-cü mərtəbədən başlayaraq şəhərə və dənizə açıq mənzərə görünəcək. 

“Tabriz Palace” Premium Apartmens -3,082 hektar ərazini əhatə edir. 8 binadan ibarət olan kompleks 16, 17, 18 mərtəbəli binalar olacaq.
Otaq sayları və kvadratları aşağıdakı kimi olacaq:

1 otaq kv.m - 40,71 kv.m; 51,03 kv.m; 70,85 kv.m; 70,98 kv.m; 71,04 kv.m
2 otaq kv.m - 76,15 kv.m; 78,72 kv.m; 85,52 kv.m; 86,05 kv.m; 94,10 kv.m
3 otaq kv,m - 75,40 kv.m; 99,58 kv.m; 142,70 kv.m
4 otaq  kv.m - 116,55 kv.m; 165,70 kv.m

Kompleksin sakinlərinin rahat yaşayışı üçün hər cür şərait düşünülüb: hər binanın xüsusi bağçası, məktəb, avtomobillər üçün yeraltı parkinq və avtomobil yuma, avtomatik giriş və çıxış ilə təchiz olunmuş geniş 800 avtomobil üçün yeraltı parkinq nəzərdə tutulub. Bütün kompleksin ilk iki mərtəbəsində ticarət-əyləncə mərkəzinin (supermarket, kafe, restoran, sürətli xidmət məntəqələri, kinoteatr, butiklər, ofis və inzibati otaqlar) yerləşdirilməsi planlaşdırılıb.

Kompleksin əsas üstünlüyü onun çoxfunksiyalı infrastrukturu və geniş abad həyətidir. Daxili abadlığını təmin etmək üçün landşaft dizaynının elementlərindən istifadə olunması planlaşdırılır. Həyət idman və uşaq meydançaları, hovuzlu istirahət zonaları, fəvvarə və yay kinoteatrı ilə təchiz olunacaq. Bunun üçün kompleks böyük ekranlı 56 oturacaq yeri olan rahat kinoteatr nəzərdə tutub.

“Tabriz-Palace” yaşayış kompleksi uşaqlarınızın da maksimal dərəcədə rahatlığını nəzərə alıb. Kompleksin ərazisində 175 yerlik uşaq bağçası, yaxınlığında isə orta təhsil almaları üçün məktəb var.

Qeyd edək ki, İqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının, 2017-ci il üzrə təqdimetmə mərasimində “Tabriz Palace” ilin ən yaxşı tikinti layihəsi adını qazanıb.

Əlaqə linki: tabrizpalace.az
Tel.:(+994) *4488
Tel.:(+994)50 443 44 88

055-202-36-34

Nihat HÜSEYNZADƏ
BAKU.WS