SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda "Gənclərin ictimai davranış qaydalarının təbliğində rolu” adlı sosial çarx hazırlanıb.
 
BAKU.WS-in məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd ictimai davranış qaydalarının təbliğ olunması və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdir. Tanınmış jurnalist Gunay Malikqızının təşəbbüsü ilə ərsəyə gələn layihə Azərbaycan Maarifçi Gənclər Təşkilatının adından təsdiq edilib.
 
Sosial çarx Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyilə ilə ərsəyə gəlib. Bu video artıq yerli KİV-də böyük marağa səbəb olub. 
 
Qeyd edək ki, Videoçarx 1 ay müddətində Park Cinema Kinoteatrlar Şəbəkəsində, Park Bulvar AVM-də və internet daşıyıcılarında yayımlanacaq.
 
Şahin Həbibov
BAKU.WS