SİZİN REKLAM BURADA!
055 213 76 73



Nazirlər Kabineti hərraca 28 minlik avtomobillər çıxarıb.

BAKU.WS xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 8 may tarixində Nazirlər Kabineti və Milli Məclisin satmaq istədiyi avtomobillərlə bağlı auksion təşkil edəcək.

NK hərraca özəlləşdirmə üçün iki BMV-730 markalı avtomobil təqdim edib. 2006-cı ilin avtomobillərinin ilkin start qiyməti 28.000 və 24.500 manatdır.

Milli Məclisin auksionda satmaq istədiyi "Nissan Maksima” markalı avtomobili isə cəmi 4.230 manatdır.

Nihat HÜSEYNZADƏ
BAKU.WS