SİZİN REKLAM BURADA!
055 213 76 73



Astma ilə bağlı xroniki öskürək, mədə-bağırsaq və xora, müxtəlif allergiyadan əziyyət çəkən şəxslər diqqətli olun, çünki yaz fəsli bu xəstəlikləri daha da aktivləşdirir

Bunu BAKU.WS-ə açıqlamasınsda tibb elimləri dokturu, professor Adil Qeybulla deyib.

A.Qeybullanın sözlərinə görə havalar isindikcə qan durulur bu da qan təziqinin artmasına və bir çox xəstəliklərin oyanmasına səbəb olur. “Yaz fəsli xroniki öskürəyi, mədə bağırsaq və xora, müxtəlif allergiyaları adətən bu fəsildə daha da kəskinləşir. Bu cür xəstələr bu dövrdə daha çox həkim nəzarətində olmalıdı. Ona görə də bu cür şəxslər yaxşı olardı ki, bu dövrdə öz həkimləri ilə məsləhətləşib profilaktik müalicə kursları alsınlar.Digər tərəfdən insanlar fəsil dəyişkənliyi ilə bağlı geyim növlərini düzgün seçə bilmirlər. Bu da müəyyən soyuqdəymə xəstəliklərin yaranmasına səbəb olur. Çalışmaq lazımdir, geyimi fəsilə uyğun yox, havaya uyğun geyinilsin”

Adil Qeybulla onu da əlavə etdi ki, fəsil dəyişkənliyi mövsümü depresiyanı aktivləşdirir. ”Əgər bu mövsümdə hər hansı bir insan özünü yorğun,halsız,yuxusuz hiss edirsə bu artiq yaz depresiyasının əlamətləridir. Bahar depresiyası hər il eyni vaxta müşahidə olunan depresiya vəziyyətidir. Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahsızlıq və ya əksinə. Əgər bu hallar 2 həftədən artıq davam edirsə o zaman mütləq həkimə müraciət etmək lazımdır”.

BAKU.WS