SİZİN REKLAM BURADA!
055 213 76 73



Artıq son zamanlar insanların həyatında mühim məna kəsb edən nüansların ilk sıralarında “Texnologiya” mühüm yer tutur. Davranışlarımıza, hərəkətlərimizə, düşüncələrimizə, dünya görüşümüzə təsir edən əsas amilə çevrilən texnologiyanın ən yeni versiyalarına sahib olmağı hər kəs istəyir. Bu istəklərin başında gələn, hal hazırda hər kəs tərəfindən arzulanan texnologiya aləti isə “iPhone X”dir.

“World Telecom” mağazalar şəbəkəsi dünən bir nəfəri bu arzusuna çatdırıb. 

Mağazanın rəsmisi Anar Əhmədov BAKU.WS-ə bildirib ki, Novruz bayramı ilə əlaqədar olaraq keçirdiyi aksiyada “World Telecom” mağazalar şəbəkəsi Random sistemi nəticəsində bir “iPhone X” hədiyyə verib.

“Digər mağazalar şəbəkəsindən fərqli olduğumuzu göstərmək üçün “World Telecom” bu cür kampaniyalara hər ay davam etməyi düşünür. Hər ay bir nəfəri sevindirib arzusuna catdırmaq bizim üçün vərdişə çevrilib. Biz düşünürük ki, gələcəkdə hər həftə belə kampaniyalar edək”.

Qeyd edək ki, telefonu qazanan şəxs Bakı Dövlət Universitetinin magistri Hacıyev Məhəmməd olub. Kampaniya paytaxtın Bül-Bül pr. 28 ünvanında yerləşən  “WT Concept Store”-da keçirilib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS