SİZİN REKLAM BURADA!
055 213 76 73



AMAK İctimai Birliyi “Azərbaycanda əlilliyi olan insanlar üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” layihəsinin nəticələrini və nəticələrə əsasən hazırladığı təkliflər toplusunun ilkin versiyasını müzakirəyə çıxarmışdır.

Bu məqsədlə 16 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilati dəstəyi ilə Akademiyanın Multimedia Mərkəzində Dəyirmi Masa tədbiri keçirmişdir. Dəyirmi Masada ƏƏSMN yanında Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzini, Təhsil Nazirliyini, Bakı Metropolitenini, Baş Dövlət Yol Polisi İdarəsini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Ombudsman Aparatını, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini, Şəhərsalma və Arxitektura Komitəsini, Bakı Nəqliyyat Agentliyini, Bakubus MMC-ni, Bakı Taksi MMC-ni, Azərbaycan Universitetini, yerli qeyri-hökumət təşkilatlarından Sosial İş İctimai Birliyini, Əlil Qadınlar Cəmiyyətini (Gəncə filialı daxil olmaqla), Əlil Təşkilatları İttifaqını, Müstəqil Həyat, Əlillərin Cəmiyyətə Inteqrasiyası İctimai Birliyini və Qızıl Aypara Cəmiyyətini təmsil edən 30 nümayəndə iştirak etmişdir.

AMAK-ın Sosial Proqramlar şöbəsinin rəhbəri Vəfa Hüseynli tədbiri giriş sözü ilə açmış, layihənin nəticələrinin təqdimatı ilə davam etmişdir Tədbir zamanı spikerlər aşağıdakı mövzularda çıxışlar etmişlər: 1. “Nəqliyyat infrastrukturunda aparılan islahatların əlilliyi olan şəxslərin həyatına təsiri”- Bakı Nəqliyyat Agentliyi 2. “Sosial sahədə aparılan islahatlar prosesində tədqiqatların əhəmiyyəti” – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi 3. “Əlilliyi olan şəxslər haqqında düzgün fikrin formalaşmasında jurnalistlərin rolu” – Azərbaycan Jurnalistlər Şəbəkəsi Daha sonra tədqiqatın nəticələri əsasında hazırlanmış təkliflər paketinin ilkin versiyası müzakirə edilmişdir.

Tədbirdə iştirak edən hər bir qurumun nümayəndəsi təkliflərlə bağlı fikirlərini bildirmiş və sənədin təkmilləşdirilməsinə öz töhvəsini vermişdir.

BAKU.WS