VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün "İçərişəhər" – "Həzi Aslanov" stansiyaları arasında hərəkət edən qatarlarda gecikmə olub.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, gecikmənin səbəbi pik saatlarda "Koroğlu" metrostansiyasında sərnişinlərin sıx olmasıdır.

“Bu gün qatarlarda hər hansısa bir nasazlıq olmayıb. Ola bilər ki, sərnişinlər qatarların qapılarını saxlayıb və bu da qatarın gecikməsinə səbəb olub”.

Qeyd edək ki, bu gün səhər saatlarında qatarların hərəkətində gecikmələr müşahidə olunub.


İman
BAKU.WS