SİZİN REKLAM BURADA!
055 213 76 73



Şirvan Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən təşkil olunan reyddə saxlanılan qadın sürücülərə gül hədiyyə edilib.

Əsasən il ərzində qaydalara düzgün əməl edən, kobud inzibati xəta törətməyən xanım sürücülərə üstünlük verilib. Reyd zamanı qayda pozuntusuna görə saxlanılan xanımlara bayramla əlaqədar olaraq, güzəştlər olunub, yol verilən qayda pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri izah olunub.

BAKU.WS