VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

“Azərbaycan səhiyyəsi son 14 ildə böyük inkişaf yolu keçib. İlk növbədə bu sahədə struktur dəyişiklikləri aparılıb, dövlətdən vəsait ayrılsa da, işləməyən 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub, çarpayı fondu 50 faiz azaldılıb”,-deyə O.Şirəliyev qeyd edib.

Nazirin bildirdiyinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq, regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri tikilib, yeni səhiyyə müəssisələri inşa olunub və ya əsaslı təmir edilib.

“Qarşıya qoyulan tələblərə uyğun olaraq, hazırda bütün rayonlarda əhali yüksək səviyyəli səhiyyə xidmətindən yararlana bilir. İndiyədək 642 yeni tikilmiş və ya əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilib. Ölkə başçısının geniş tərkibli müşavirədə qeyd etdiyi kimi, bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda, gələn il isə Füzuli və Qəbələdə belə müəssisələrin açılışı olacaq. Bu müəssisələr də istifadəyə veriləndən sonra ölkənin, demək olar ki, bütün regionlarında müasir səhiyyə müəssisələri əhaliyə xidmət göstərəcək”.

BAKU.WS