SİZİN REKLAM BURADA!
055 213 76 73



Moskvaya yağan güclü qar paytaxtın hava limanlarında 50-dən çox reysin təxirə salınmasına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə Moskva hava məkanının aviadispetçer xidmətləri məlumat yayıb.

Rusiya paytaxtının aerodrom xidmətləri yüksək hazırlıq rejiminə keçiblər. Gecə ərzində hava limanlarında uçuş-eniş zolaqları, perronlar və yönəldici yolların qardan təmizlənməsi işləri davam etdirilib.

Bütün təyyarələrin şassiləri yola düşməzdən əvvəl buzbağlamaq əleyhinə maye ilə sürtülür. Bu prosedur 30 dəqiqə əlavə vaxt apardığından, reslərdə qısamüddətli gecikmələr yaradır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, bu gün səhər saatlarından Moskva aeroportlarından Bakı, Lənkəran və Gəncə istiqamətində uçan təyyarə reyslərinin cədvəlində hələ ki, heç bir problem yaşanmayıb.

BAKU.WS