SİZİN REKLAM BURADA!
055 213 76 73



Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

1943-cü ildə Bakı Kinostudiyası tərəfindən çəkilmiş bu film İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədə Azərbaycan neftinin rolundan və xalqımızın vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal Paşayev, bəstəkarı Qara Qarayev, rejissorları Rza Təhmasib, Mikayıl Məmmədov və Qriqori Aleksandrovdur. Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökümə Qurbanova, Mirzə Babayev və digərləri çəkiliblər. Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.

İman
BAKU.WS