VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qaraçuxur qəsəbəsində bir gecədə 9 avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Səbuhi Əliyev rayon polis idarəsinə müraciət edərək bildirib ki, fevralın 15-də yaşadığı ünvanın qarşısında saxladığı “Opel” markalı avtomobilin pəncərəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan monitor, maqnitofon, 4 ədəd səsgücləndirici və elektrik tənzimləyicisi oğurlanıb. Elə həmin gün polis idarəsinə Qaraçuxur qəsəbəsində yaşayan daha 8 avtomobilin sürücüsü məlumat verərək nəqliyyat vasitələrindən akkumlyatorlar və pul oğurlandığını bildiriblər.

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar – Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd etdiklərini etiraf ediblər.

Saxlanılan şəxslər nəqliyyat vasitələrindən oğurladıqları əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKU.WS