Bakılı oğlanlar komandasının məşhur üzvü Bəhram Bağırzadə sosial şəbəkədə dostlarına səslənib.

BAKU.WS-in məlumatına görə, B.Bağırzadə dostlarının ondan inciməməsini istəyib.

“Hörmətli “dostlar”! Bəzən mən öz statuslarım və paylaşdığım şəkillərin aşağısında yersiz şərhlərlə üzləşirəm. Əgər əvvəllər mən müzakirə, mübahisə və nəyisə izah etməyə çalışırdımsa, bu gün artıq mənim bu mənasız məşğuliyyətə vaxt sərf etməyə həvəsim yoxdur. Mən sizin bu cür şərhlərinizi siləcəm və blok edəcəm. Məndən heç kim inciməsin! Hörmətlə, Bəhram Bağırzadə”.

İman
BAKU.WS