VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən şadlıq evlərinə xəbərdarlıq olunub. 

BAKU.WS Trend-ə istinadən məlumat verir ki, şadlıq evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək olmamalıdır. Bu qaydanı pozan şadlıq evinin rəhbəri cəzalandırılacaq. 

Şadlıq sarayında olan səsləndirmənin yüksəkliyi insan sağlamlığına ziyandır. Ona görə də bu qaydaya əməl edilməli və göstərilən diapazonu keçməməlidirlər. Qaydanı pozanlar isə inzibati xətalar məcəlləsinə əsasən 1000 manat cərimələnəcək.
 
BAKU.WS