SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonunda daha bir ünvanda pilot layihə çərçivəsində evlərin sökülməsi üçün qərar verilib.

Bu barədə BAKU.WS-ə Yasamal rayonunun Tağı Şahbazi küçəsində yerləşən az mərtəbəli binaların sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, binaların sökülməsi üçün aidiyyatı şirkət nümayəndələri əraziyə baş çəkiblər.

Sakinlərə bildirilib ki, mənzillərindən çıxması üçün hər ay 400 manat kirayə haqqı veriləcək.

Eyni zamanda şirkət rəsmiləri bildiriblər ki, sökülən binaların yerində tikiləcək binadan mövcud mənzillərindən 20 kvadratmetr çox mənzil təqdim olunacaq.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İH-dən BAKU.WS-ə bildirildi ki, pilot layihə çərçivəsində Yasamal rayonunun bəzi ərazilərində yerləşən yaşamaq üçün yarasız binaların söküntüsü nəzərdə tutulub. Lakin Tağı Şahbazi küçəsində yerləşən binaların söküləcəyi, sakinlərin köçürüləcəyi ilə bağlı məlumat yoxdur.

BAKU.WS