VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bəzi partiyalar var ki, seçkidən-seçkiyə müxalifət imici yaratmaq üçün göbələk kimi ortaya çıxırlar. Hər zaman olduğu kimi bundan sonra da məğlubiyyət onların alın yazısı olacaq. Bizim namizədimiz isə bütün parametrlərdə gördüyü işlərlə göstərir ki, hər zaman seçkiyə hazırdır. Bu, mənada, seçkilərin 11 aprelə təyin edilməsinə normal baxıram".

BAKU.WS-in məlumatına görə, bu açıqlamanı “Bizim Yol“a YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı verib.

O prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə bağlı prezidentin sərəncamını müsbət qiymətləndirdiyini deyib. “Hesab edirəm ki, bu sərəncam həm də dünyada və bölgədə gedən proseslərə hərtrəfli baxılaraq imzalanıb. Ona görə də preizdentə bu seçkidə də uğurlar arzulayıranm”.

Deputat onu da qeyd edib ki, İlham Əliyevin qalib gəlməkdən başqa şansı yoxdur. “Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hər zaman seçkilərin ümumxalq namizədi kimi olub. 10 milyonluq əhalinin 700 mini YAP-ın üzvüdürsə, buna əminliklə ümumxalq partiyası demək olar. Çünki 700 min üzv, 700 min ailə deməkdir. Hər ailədə olan əlavə 2-3 nəfəri də nəzərə alsaq görərik ki, bu, həqiqətən də ümumxalq partiyasıdır. Ümumxalq partiyasının namizədi də hər zaman qalib ola bilər. Onun qalibiyyətdən başqa şansı yoxdur. Hər zaman zəfər, qələbə! Bu mənada, prezidentin aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması onu göstərir ki, prezident hər zaman seçkiyə hazırdır”,– deyə M.İbrahimqızı bildirib.

BAKU.WS