SİZİN REKLAM BURADA!
055 213 76 73



Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək. Dahi bəstəkarın əsərləri onun adını daşıyan stansiyada ifa olunacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə deyib.

Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyidir.

Bu münasibətlə metronun dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.

Tuncay
BAKU.WS