SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar, yanvarın 30-da gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə BAKU.WS-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

BAKU.WS