VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda marketdən alınan təndir çörəyinin içərisindən əlcək çıxıb.

Nərmin Xıdırova adlı paytaxt sakininin BAKU.WS-ə verdiyi məlumatına görə, Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən OBA marketdən təndir çörəyi alıb.

N.Xıdırovanın sözlərinə görə, evdə çörəyi kəsərkən içərisindən əlcəyin bir hissəsi çıxıb.

Məsələ ilə bağlı BAKU.WS OBA marketlər şəbəkəsinə sorğu göndərib.

OBA-dan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı sorğu daxil olan kimi dərhal araşdırma aparılıb.

“Öncəliklə onu qeyd edim ki, OBA marketlər şəbəkəsinə bu halla bağlı heç bir müştəri şikayəti daxil olmayıb. 9-cu mikrorayon ərazisində yerləşən OBA marketdə satılan zavod çörəkləri “Binə Çörək zavodu”na, təndir çörəyi isə “Gəncə təndiri” adı altında fəaliyyət göstərən müəssisəyə məxsusdur.

Qeyd edim ki, məhsulun keyfiyyətinə istehsalçı şirkət məsuliyyət daşıyır. Biz istehsal müəssisələrindən məhsul almazdan öncə istehsal şəraiti ilə tanış olur, müvafiq laboratoriya analizləri aparırıq. Bundan başqa hər iki müəssisənin müvafiq gigiyena və keyfiyyət sertifikatları vardır.

Müştərilərimizdən hər-hansı bir neqativ hal yaşandıqda dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq bizə məlumat verməsini xahiş edirik. Məqsədimiz müştərilərimizin hər zaman razı qalması və onların məmnunluğudur”, - deyə OBA marketlər şəbəkəsindən bildirib.

BAKU.WS