VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fransız və danimarkalı elm adamlarının son araşdırmasına görə, ibuprofen tərkibli dərmanlar uzun müddət yüksək dozada istifadə ediləndə fəsadlara səbəb olur. 

BAKU.WS-in məlumatına görə, alimlər ibuprofen tərkibli dərmanların istifadəsi zamanı sonsuzluq, impotensiya, depressiya və əzələ əriməsinə səbəb olur.

İltihablanmanın qarşını alman və ağrı kəsici dərmanların yüksək dozada istifadəsi hamiləlikdə körpələrin sağlamlığına təhlükə yaradır. Fransız və Danimarkalı alimlər bu cür dərmanların hətta sağlam insanlara belə çox mənfi təsir etdiyini müəyyənləşdirib.

Fransada klinik təcrübələr zamanı 8-35 yaş arası 31 sağlam şəxsə  6 həftə ərzində gündə 2 dəfə 3 ədəd dərman (ibuprofen tərkibli) verilib. Bu müddətin sonunda təcrübədə iştirak edən şəxslərdə testosteron hormonunun səviyyəsi aşağı düşüb. Ancaq elm adamları daha çox təcrübə aparılmasının vacib olduğunu bildirib.

Alimlər ibuprofenin daha çox qrip üçün istifadə edilən dərmanların tərkibində olduğunu söyləyir. Bu dərmanların yüksək dozada istifadəsinin çox təhlükəli olduğu qeyd edilir. 

Nazim
BAKU.WS