VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şəhriyar del Gerani kimi tanınan gənc şair satıcını işdən qovdurması ilə bağlı Favorit Supermarketindən rəsmi açıqlama gəlib. 

BAKU.WS-in məlumatına görə, Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Sosial Məsuliyyət Meneceri Xəyal Azərioğlu bildirib ki, Favorit Supermarketlərin heç bir filialında bu cür hala rast gəlinməyib:

"Statusda qeyd olunan məsələ dərhal araşdırıldı və məlum oldu ki, ötən gün Favorit Supermarketlərin heç bir filialında bu cür hala rast gəlinməyib, ümumiyyətlə hər hansı əməkdaşın işdən azad olunması hadisəsi baş verməyib. Şəhriyar bəyin yazdığı sözlər tamamilə əsassız və uydurmadır".

Qeyd edək ki, Ş.Gerani özü Facebook səhifəsində yazıb ki, satıcı arasında kolbasaya görə mübahisə edib və onu işdən qovdutdurub.

Tuncay
BAKU.WS