SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iclasına çıxarılacaq.

BAKU.WS xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, deputatlar yaz sessiyasının iclasında qanun layihəsinə dəyişikliyi müzakirə edəcəklər.

Sözügedən dəyişikliyin bu qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) təklif edildiyi bildirilir. Həmin dəyişiklikdə isə deputatların vəzifə maaşının artırılması öz əksini tapacaq.

Qeyd edək ki, bu dəyişikliyin gündəmə gəlməsi Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinin artırılaraq 25 milyon 432 min manata çatdırılması ilə əlaqədardır.

Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinə əlavə edilən vəsaitin 68.8 faizinin əmək haqqına sərf olunacağı gözlənilir. Yerdə qalan məbləğin xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlərə yönəldiləcəyi bildirilir.

Xatırladaq ki, Milli Məclisin payız sessiyasının iclaslarında bir neçə dəfə deputatların maaşını artırmaq təklifi gündəmə gətirilmişdi.

BAKU.WS