SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yanvarın 8-də səhər saatlarında növbəti reyd keçirilib.

Sumqayıt Şəhər Nəqliyyat Departamenti ilə birgə keçirilən reyd zamanı Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlanıb.

Reyd zamanı 15 mikroavtobus qanunsuz sərnişin daşıdığı üçün saxlanılıb və Sumqayıt Şəhər Nəqliyyat Departamentinin duracağına yerləşdirilib.

BAKU.WS